AKP-nin sözçüsü Azərbaycan xalqına və hökumətinə təşəkkür edib

AKP-nin sözçüsü Azərbaycan xalqına və hökumətinə təşəkkür edib "Həmin gecə xalq əxlaq nümayiş etdirdi"
Region
14 İyul , 2017 12:33
AKP-nin sözçüsü Azərbaycan xalqına və hökumətinə təşəkkür edib
Report.az

Türkiyə, Ankara. 14 iyul. REPORT.AZ/ "AKP yaradılandan və iqtidar partiyası olan zamandan demokratik prinsiplərə sahib çıxdıq, sivil toplum yaratmağa çalışdıq. Bu müddət ərzində partiya bağlanma təhkükəsi üz-üzə qaldıq, dövlət çevirilişinə cəhdlə üzləşdik. Biz bunların öhdəsindən gələ bildik".

"Report"un xəbərinə görə, bunu Türkiyənin hakim partiyası olan Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Mahir Ünal xarici media nümayəndələri ilə görüşündə deyib. 

Onun sözlərinə görə, FETÖ terror təşkilatı dövlətin içinə sızıb, fəaliyyət göstərməyə çalışıb: "Onlar bizim qarşımızda qəzetçi və digər peşə sahibləri kimi durmuşdular. Onlar missioner kimi fəaliyyət göstərirdilər. 2016-cı ilin iyulun 15-də dövlət çevirilişinə cəhd oldu. Bu çevirilişin qarşısında xalq dayandı, milyonlarla insan iradə ortaya qoydular. Ona görə də o gecə çox qiymətlidir. Həmin gecə xalq əxlaq nümayiş etdirdi, insanlar əsgərlərin silahlarını aldılar, amma incitmədilər, toxunmadılar. Bu toplum o qədər sivildir ki, iyulun 16-da həyat həmin qayda ilə davam etdi. Biz həmin hadisədən sonra bəzi dostlarımızı yanımızda görməsək də, onlardan küsmədik, hadisənin detallarını onlara isbat etməyə çalışdıq. Türkiyə insan hüquq və azadlıqlarına çox böyük önəm verir".

M.Ünal qeyd edib ki, xarici ölkələr bu məsələ ilə bağlı məlumatlandırılıb və bu proses davam edir.

M.Ünal 15 iyul hadisəsi zamanı Azərbaycanın verdiyi dəstəyi yüksək qiymətləndirib, Azərbaycan xalqına və hökumətinə təşəkkürünü bildirib.

Son xəbərlər

Orphus sistemi