AKP-nin sabiq deputatı saxlanılıb

AKP-nin sabiq deputatı saxlanılıb O, FETÖ ilə bağlı Qara Dəniz Texniki Universitetində keçirilən əməliyyat çərçivəsində həbs edilib
Region
5 Avqust , 2016 13:02
AKP-nin sabiq deputatı saxlanılıb

Bakı. 5 avqust. REPORT.AZ/ Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sabiq deputatı, professor Aydın Bıyıklıoğlu saxlanılıb. 

"Report" "Habertürk"ə istinadən xəbər verir ki, o, Fətullahçı terror təşkilatının (FETÖ) dövlət çevrişi cəhdindən sonra aparılan istintaq tədbirləri çərçivəsində Qara Dəniz Texniki Universitetində keçirilən əməliyyat çərçivəsində Ankara şəhərində həbs edilib. 

A.Bıyıklıoğlu bu gün səhər saatlarında Trabzon şəhərinə gətirilib və hazırda Trabzon Şəhər Polis İdarəsinin terrorizmlə mübarizə şöbəsində dindirilir. 

Qeyd edək ki, A.Bıyıklıoğlu Türkiyə Böyük Millət Məclisinin (TBMM) 24-cü çağırışında AKP-nin Trabzon şəhərindən millət vəkili olub.

Son xəbərlər

Orphus sistemi