​AKP-nin Ərzurum təşkilatının keçmiş sədri tutulub

​AKP-nin Ərzurum təşkilatının keçmiş sədri tutulub Hakim partiyanın bu əyalətdən olan keçmiş millət vəkil barəsində də axtarış elan edilib
Region
17 Avqust , 2016 17:42
​AKP-nin Ərzurum təşkilatının keçmiş sədri tutulub

Bakı. 17 avqust. REPORT.AZ/ Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Ərzurum əyalət təşkilatının keçmiş sədri Murat Kılıç və qardaşı Mesut Kılıç tutulub.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, onlar Ərzurum prokurorluğunun apardığı istintaq əsasında yerli təhlükəsizlik idarəsinin Qaçaqmalçılıq və mütəşəkkil cinayətlərə qarşı şöbəsinin əməkdaşları tərəfindən həbs ediliblər.

Məlumata görə, AKP-nin Türkiyə Böyük Millət Məclisinin 23 və 24-cü çağırışına Ərzurumdan millət vəkili seçilmiş Muhyettin Aksak barəsində axtarış elan olunub.

Son xəbərlər

Orphus sistemi