​AKP deputatlarının sayı bir nəfər də artıb

​AKP deputatlarının sayı bir nəfər də artıb Xaricdə yaşayan Türkiyə vətəndaşlarının verdikləri səslər hesablandıqdan sonra AKP-dən olan millət vəkillərinin sayı 317-yə çatıb
Region
2 Noyabr , 2015 15:08
​AKP deputatlarının sayı bir nəfər də artıb

Bakı. 2 noyabr. REPORT.AZ/ Türkiyədə keçirilən parlament seçkilərinin nəticələrinə görə, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) millət vəkillərinin sayı bir nəfər də artıb. 

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, xaricdə yaşayan Türkiyə vətəndaşlarının verdikləri səslər hesablandıqdan sonra AKP-dən olan millət vəkillərinin sayı 317-yə çatıb. Bundan öncə ölkənin Manisa əyalətində 9 millət vəkilinin 4-ü AKP-dən, 3-ü Cümhuriyyət Xalq Partiyasından (CHP), ikisi isə Milliyyətçi Hərəkat Partiyasından (MHP) idi. Ancaq səslər əlavə edildikdən sonra MHP-dən olan deputatların sayı bir nəfər azalıb.

Türkiyə Böyük Millət Məclisinə (TBMM) 26-cı çağırış seçkilərin nəticəsi belə olub: AKP 49,6 faiz (parlamentdə 317 yer), CHP 25,22 faiz (134 yer), MHP 11,7 faiz (40 yer), Xalqların Demokratik Partiyası (HDP) 10,86 faiz (müstəqil deputatlarla birlikdə 59 yer).

Qeyd edək ki, bu il iyunun 7-də parlamentə keçirilən seçkidə AKP 40,87 faiz (258 yer), CHP 24,95 faiz (132 yer), MHP 16,29 faiz (80 yer), HDP 13,12 faiz (80) səs toplamışdı. 

Son xəbərlər

Orphus sistemi