Yuxarı
    Bağlamaq

    AKP-dən olan keçmiş deputat tutulub

    Onun yaşadığı evdə və iş yerində axtarış aparılıb

    Bakı. 31 avqust. REPORT.AZ/ Hakim Ədalət və İnkişaf Partiyasından (AKP) keçmiş millət vəkili Konstitusiya Komissiyasının sədri, İdris Şahin Fətullahçı terror təşkilarına qarşı aparılan istintaq tədbiri çərçivəsində saxlanılıb.

    "Report" Haberturk-ə istinadən xəbər verir ki, o, Çankırı Təhlükəsizlik İdarəsinin Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətlərə qarşı mübarizə şöbəsinın əməkdaşları tərəfindən tutulub.

    İnfromasiyaya əsasən, İdris Şahin Türkiyə Böyük Millət Məclisinə 24-cü çağırışda (2011-2015-ci illərdə) AKP-dən millət vəkili olub.

    Xəbərə görə, onun yaşadığı evdə və iş yerində axtarış aparılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi