AKP 149 deputatı təkrar namizəd göstərməyib

AKP 149 deputatı təkrar namizəd göstərməyib Mustafa Destici Ankara ikinci bölge birinci sıradan namizəd göstərilib
Region
21 May , 2018 18:12
AKP 149 deputatı təkrar namizəd göstərməyib

Bakı. 21 may. REPORT.AZ/ Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) iyunun 24-də ölkədə keçirilməsi planlaşdırılan növbədənkənar prezident və parlament seçkiləri ilə bağlı deputatlığa namizədlərinin siyahısını Mərkəzi Seçki Komissiyasına təqdim edib. 

"Report" "Hürriyet"ə istinadən xəbər verir ki, siyahıda 600 nəfərin adı yer alıb. Onlardan 126-sı qadındır.

Siyahıda AKP-nin hazırda deputat olan 167 nəfərin adı da var. Bundan əlavə, 149 deputat təkrar namizəd göstərilməyib. 

Türkiyənin baş naziri Binəli Yıldırım İzmir birinci bölge birinci sıradan, Böyük Birlik Partiyasının (BBP) sədri Mustafa Destici isə Ankara ikinci bölgə birinci sıradan namizəd göstərilib.

Son xəbərlər

Orphus sistemi