​AKP-nin yaranmasından 14 il ötür

​AKP-nin yaranmasından 14 il ötür Rəsmi ziyafət verilməyəcək, amma AKP sədri Əhməd Davudoğlu partiya üzvlərinə müraciət edəcək
Region
13 Avqust , 2015 18:09
​AKP-nin yaranmasından 14 il ötür

Bakı. 13 avqust. REPORT.AZ/ Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) yaranmasının 14-cü ildönümü tamam olur, amma bu münasibətlə ziyafət verilməyəcək.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bunu partiya sədrinin müavini və sözçüsü Bəşir Atalay bildirib.

Məlumata görə, AKP sədri Əhməd Davudoğlu bu münasibətlə keçirilən toplantıda partiya üzvlərinə müraciət edəcək. Həmin yığıncağa siyasi təşkilatın rəhbərləri, millət vəkilləri, əyalət sədrləri, partiyanın bölgələrdəki qadın və gənclər təşkilatlarının məsul şəxsləri və fəalları qatılacaq.

Xəbərdə bildirilib ki, son günlər ölkədə baş verən terror hadisələrinə görə ziyafət verilməyəcək.

Qeyd edək ki, AKP 2001-ci il avqustun 14-də təsis edilib. 2002-ci ildə isə hakimiyyətə gəlib. 

Son xəbərlər

Orphus sistemi