Akademik Vadim Pokrovski: “Rusiyada 1,5 milyon insan QİÇS virusunun daşıyıcısıdır”

Akademik Vadim Pokrovski: “Rusiyada 1,5 milyon insan QİÇS virusunun daşıyıcısıdır” Onun sözlərinə görə, Rusiyada QİÇS-dən ümumilikdə 240 min nəfər ölüb
Region
27 Dekabr , 2016 17:16
Akademik Vadim Pokrovski: “Rusiyada 1,5 milyon insan QİÇS virusunun daşıyıcısıdır”

Bakı. 27 dekabr. REPORT.AZ/ "Rusiyada 1,5 milyon nəfərdə QİÇS (Qanda İmmun Çatışmazlığı Sindromu) virusu aşkarlanıb. Onların hamısı virus daşıyıcısıdır".

“Report” TASS-a istinadən xəbər verir ki, bunu akademik Vadim Pokrovski Rusiya Elmlər Akademiiyası Rəyasət Heyətinin iclasında bildirib.

“Rusiyada QİÇS-dən ümumilikdə 240 min nəfər ölüb və 1,5 milyona yaxın insan bu virusun daşıyıcısıdır. Yolxucu xəstəliklərdən ölümün başlıca səbəbi QİÇS-dir” - akademik vurğulayıb.

Onun sözlərinə görə, Rusiyada bu virusa yoluxanların sayı artmaqda davam edir. 

V.Pokrovski deyib ki, dünya üzrə QİÇS-dən 50 milyon insan ölüb, 36 milyon nəfər isə bu virusun daşıyıcısıdır.

Son xəbərlər

Orphus sistemi