Yuxarı

​Aİ Türkiyədə dövlət çevrilişinə cəhdin müzakirəsinə başlayıb

Türkiyənin Rusiya ilə yaxınlaşma prosesi də ayrıca müzakirə ediləcək

Bakı. 17 avqust. REPORT.AZ/ Avropa İttifaqının (Aİ) Təhlükəsizlik siyasəti komitəsində Türkiyədə dövlət çevrilişinə cəhd məsələsinin müzakirəsi başlayıb.

"Report" NTV telekanalına istinadən xəbər verir ki, komitənin Türkiyənin Rusiya ilə yaxınlaşma prosesini də ayrıca müzakirə edəcəyi gözlənilir.

Xəbərdə bildirilib ki, Aİ-yə üzv dövlətlərin Fətullahçı Terror Təşkilatına (FETÖ) münasibəti, Türkiyənin xarici silahlılara qarşı mübarizəsi mövzusu və Suriyadakı vəziyyət də dəyərləndiriləcək. 

Qeyd edək ki, iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhd nəticəsində 246 nəfər şəhid olub, 2 000-dən insan yaralanıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi