Bakı. 15 sentyabr. REPORT.AZ/ Avropa İttifaqı (Aİ) ölkələrinə Ukrayna və Gürcüstan vətəndaşlarının vizasız səfəri məsələsi bu il oktyabrın 11-də qurumun Şurasında müzakirə olunacaq.
"Report" xəbər verir ki, bunu Ukrayna xarici işlər nazirinin Avropaya inteqrasiya məsələləri üzrə müavini Olena Zerkal yerli "5kanal" TV-yə müsahibəsində bildirib.
"Vizasız rejim məsələsinə Avropa İttifaqının daxili ədliyyə işləri üzrə Şurasının iclasında da baxılmalıdır. Şura oktyabrın 11-də toplanacaq. Ukrayna və Gürcüstana vizasız rejim mexaniziminin təqdimatı məsələsi isə hələlik gündəlikdə deyil", - deyə, o vurğulayıb.