Yuxarı

Aİ İrana qarşı sanksiyaların tətbiqinin dayandırılması müddətini uzadıb

Müddət 2015-ci il iyunun 30-dək artırılıb

Bakı. 25 noyabr. REPORT.AZ/ Vyanada İranın nüvə proqramı üzrə əldə olunan razılaşmalarla əlaqədar Avropa İttifaqı (Aİ) Şurası İrana qarşı sanksiyaların tətbiqinin dayandırılması müddətini 2015-ci il iyun ayının 30-dək uzadıb. Bu barədə "Report" Aİ Şurası mətbuat xidmətinin bəyanatına istinadən xəbər verir.

"Şura "altılıq" ölkələri ilə İran arasında 2013-cü il noyabrın 24-də razılaşdırılmış birgə fəaliyyət planında qeyd olunan Aİ məhdudlaşdırıcı tədbirlərin dayandırılma müddətini 2015-ci il iyun ayının 30-dək uzadıb. Bu "altılıq"la İranın həmin müddətə qədər birgə fəaliyyət planı tədbirlərinin müddətinin uzadılması haqqında qərardan sonra qəbul olunub", - məlumatda deyilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi