Aİ-nin ali nümayəndəsi İranda səfərdədir - FOTO

Aİ-nin ali nümayəndəsi İranda səfərdədir - FOTO Federika Mogerini ilə birlikdə Aİ-nin yüksək vəzifəli komissarlarından nümayəndə heyəti də Tehrana gəlib
Region
16 Aprel , 2016 10:41
Aİ-nin ali nümayəndəsi İranda səfərdədir - FOTO

Bakı. 16 aprel. REPORT.AZ/ Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini Tehrana birgünlük səfərə gedib.

Bu barədə "Report" IRNA-ya istinadən xəbər verir.

Səfər zamanı İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə danışıqların keçirilməsi planlaşdırılır. 

İran və Avropa İttifaqı arasında ikitərəfli münasibətləri gücləndirmək məqsədilə bank, ticarət sektorlarında əməkdaşlıq və investisiya qoyuluşu məsələləri müzakirə olunacaq. 

F.Mogerini ilə birlikdə Aİ-nin energetika, elmi tədqiqat, ətraf mühit, təhsil və s. məsələlər üzrə yüksək vəzifəli komissarlarından ibarət nümayəndə heyəti də İrana gəlib.

Son xəbərlər

Orphus sistemi