Yuxarı
    Bağlamaq

    AİM ekspertləri: Rusiyada böhran 2020-ci ilədək davam edəcək

    Ekspertlər 2016-2020-ci illər üzrə Rusiyada vəziyyətin inkişafının iki ssenarisini hazırlayıblar

    Bakı. 30 mart. REPORT.AZ/ Rusiya iqtisadiyyatı növbəti dörd ildə çətin ki, cari böhrandan çıxa bilsin. "Report" BBC-yə istinadən xəbər verir ki, bu fikri Ali İqtisadiyyat Məktəbi inkişaf mərkəzinin ekspertləri deyib.

    Ekspertlər 2016-2020-ci illər üzrə Rusiyada vəziyyətin inkişafının iki ssenarisini hazırlayıblar. İlk ssenariyə əsasən, neftin bir barelinin qiyməti 2020-ci ilin sonuna qədər 35 dollar olaraq qalacaq. Bu halda 2015-2019 illər üçün ÜDM 8,1% azala bilər. 2016-cı ildə ölkə iqtisadiyyatı 1,6% zəifləyəcək.

    İkinci ssenariyə görə, neftin qiyməti bu il 45 dollar/barelədək yüksələcək, 2017-2020-ci illərdə isə 50 dollar civarında sabitləşəcək. İkinci ssenari reallaşarsa, 2016-cı ildə iqtisadiyyat 0,8% zəifləyəcək. 2015-2019-cu illər üçün ümumi iqtisadi zərər 5,6% təşkil edəcək.

    Ekspertlər qeyd edirlər ki, hər iki ssenaridə sosial sahəyə büdcə xərcləri azaldılacaq.

    Ümumilikdə əhalinin real gəlirləri hələ iki-üç il də azalacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi