Yuxarı

Aİ komissarı Yohannes Han Gürcüstana səfər edəcək

O, 13-cü illik Gürcüstanın Avropa yolu - sabitlik, inkişaf və müxtəliflik beynəlxalq konfransında iştirak edəcək

Bakı. 12 iyul. REPORT.AZ/ Avropa İttifaqının genişlənmə məsələləri və qonşuluq siyasəti üzrə komissarı Yohannes Han Gürcüstana səfər edəcək.

"Report" "Novosti-Qruziya"ya istinadən xəbər verir ki, səfər iyulun 14-də baş tutacaq.

Səfər çərçivəsində Aİ komissarı Batumidə keçiriləcək 13-cü illik "Gürcüstanın Avropa yolu - sabitlik, inkişaf və müxtəliflik" beynəlxalq konfransında iştirak edəcək.

Eyni zamanda onun Gürcüstan prezidenti Georgi Marqvelaşvili və hökumət nümayəndələri ilə görüşü planlaşdırılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi