Aİ komissarı Yohannes Han Gürcüstana səfər edəcək

Aİ komissarı Yohannes Han Gürcüstana səfər edəcək O, 13-cü illik "Gürcüstanın Avropa yolu - sabitlik, inkişaf və müxtəliflik" beynəlxalq konfransında iştirak edəcək
Region
12 İyul , 2016 09:31
Aİ komissarı Yohannes Han Gürcüstana səfər edəcək

Bakı. 12 iyul. REPORT.AZ/ Avropa İttifaqının genişlənmə məsələləri və qonşuluq siyasəti üzrə komissarı Yohannes Han Gürcüstana səfər edəcək.

"Report" "Novosti-Qruziya"ya istinadən xəbər verir ki, səfər iyulun 14-də baş tutacaq.

Səfər çərçivəsində Aİ komissarı Batumidə keçiriləcək 13-cü illik "Gürcüstanın Avropa yolu - sabitlik, inkişaf və müxtəliflik" beynəlxalq konfransında iştirak edəcək.

Eyni zamanda onun Gürcüstan prezidenti Georgi Marqvelaşvili və hökumət nümayəndələri ilə görüşü planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi