Bakı. 18 yanvar. REPORT.AZ/ Avropa İttifaqı İranın neft-qaz sektoru ilə bağlı dörd iri şirkəti üçün sanksiyaları ləğv edib.
"Report" İRNA-ya istinadən xəbər verir ki, sanksiyalardan qurtulan şirkətlər "Iran Oil Pension Fund Investment Company" (OPIC) pensiya fondu, "Petropars Operation and Management Company" (POMC), "Petropars Resources and Engineering Company" (PRE) neft şirkətləri və mayeləşdirilmiş təbii qaz (LNG) təchizatı sahəsində fəaliyyət göstərən "Iran Liquefied Natural Gas Company" (Iran LNG) korporasiyasıdır.