Bakı. 5 sentyabr. REPORT.AZ/
"Biz elə bir sistem axtarıb tapmağa çalışırıq ki, onun tədbiqi zamanı bütün körpülər dağılmasın. Biz assosiativ sazişin mümkünsüzlüyünü başa düşürük. Hamı daha asan, təkidsiz və fundamental saziş versiyasının axtarıb tapılmasına hazırdır. Bu iki ölkə ilə bağlı (Belarus və Ermənistan - red.) hamı razılığa gəlib. Bu assosiativ saziş deyil. Bu bir qədər aşağı səviyyədə bir razılaşma olacaq ", - Asselborn Aİ-yə üzv ölkələri Xarici İşlər nazirlərinin Şərq Tərəfdaşlığı ölkələri və Rusiya ilə münasibətlərin müzakirəsi aparılan qeyri-rəsmi görüşündən sonra jurnalistlərə bildirib.
O, qeyd edib ki, "müqavilədə gömrük güzəştləri olmayacaq. Orada bir çox məqamlar yer alacaq, lakin biz indi hələ yalnız sənədi işləyib hazırlayırıq", - nazir bildirib.
Xatırladaq ki, Şərq Tərəfdaşlığı proqramına Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukrayna daxildir. Gürcüstan, Ukrayna və Moldova 2014-cü ilin iyununda Aİ ilə assosiasiya və azad ticarət zonası haqqında müqavilə imzalayıblar.