Bakı. 25 fevral. REPORT.AZ/ Avropa İttifaqı (Aİ) Belarusun 170 dövlət məmuru və 3 şirkətinə qarşı tətbiq etdiyi sanksiyaların aradan qaldırılmasını rəsmi olaraq təsdiqləyib.
"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda Avropa İttifaqı bildiriş yayıb.
Məlumata görə, məsələyə dair siyasi qərar bu il fevralın 15-də qəbul edilib.
"Uyğun hüquqi akt isə fevralın 25-də qəbul olunub. Həmin sənədlər fevralın 27-də Avropa İttifaqının rəsmi jurnalında çap ediləcək", - deyə bildirişdə vurğulanıb.