Afrinə girmək istəyən 40 avtomobildən ibarət karvan vurulub - VİDEO

Afrinə girmək istəyən 40 avtomobildən ibarət karvan vurulub - VİDEO Türkiyə Silah Qüvvələrinin Baş Qərargahı: Atəş nəticəsində mülki sakinlərə zərər dəyməyib
Region
23 Fevral , 2018 11:29
Afrinə girmək istəyən 40 avtomobildən ibarət karvan vurulub - VİDEO
AA

Bakı. 23 fevral. REPORT.AZ/ Türkiyə ordusu Afrinə silah-sursat daşıyan 30-40 avtomobildən ibarət maşın karvanını vurub.

“Report” TRT-yə istinadən xəbər verir ki, bu barədə Türkiyə Silah Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“PKK/PYD-YPG və İŞİD terror qruplaşmalarına aid 30-40 avtomobildən ibarət karvanın Afrinin cənub-şərqindən şəhərə yaxınlaşdığı təsbit edilib. Karvan bu terrorçu qruplaşmalara silah-sursat daşıyırmış. 15 km məsafədə yerləşən karvan vurulub. Atəş nəticəsində mülki sakinlərə zərər dəyməyib”, - Baş Qərargahın açıqlamasında vurğulanıb.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri Azad Suriya Ordusu ilə birlikdə yanvarın 20-də Afrində “Zeytun budağı” adlı əməliyyata başlayıb. Əməliyyat nəticəsində 1873 terrorçu məhv edilib. 

Son xəbərlər

Orphus sistemi