Afrində məhv edilən terrorçuların sayı açıqlanıb

Afrində məhv edilən terrorçuların sayı açıqlanıb Bakı. 8 fevral. REPORT.AZ/ Türkiyə ordusunun Suriyanın Afrin bölgəsində keçirdiyi “Zeytun budağı” əməliyyatı nəticəsində 1028 terrorçu məhv edilib.
Region
8 Fevral , 2018 11:20
Afrində məhv edilən terrorçuların sayı açıqlanıb

Bakı. 8 fevral. REPORT.AZ/ Türkiyə ordusunun Suriyanın Afrin bölgəsində keçirdiyi “Zeytun budağı” əməliyyatı nəticəsində 1028 terrorçu məhv edilib.

“Report” TRT-yə istinadən xəbər verir ki, məlumatı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.

Əməliyyatın 20-ci günündə terrorçu PKK qruplaşmasının Suriydakı qolları olan PYD və YPG-nin, o cümlədən İŞİD-in 29 terrorçusu zərərsizləşdirilib.

Qeyd edək ki, “Zeytun budağı” əməliyyatı bu il yanvarın 20-də başlayıb.

Son xəbərlər

Orphus sistemi