Bakı. 25 fevral. REPORT.AZ/ Türkiyənin Suriyanın Afrin şəhərində "Zeytun budağı" adı altında həyata keçirdiyi anti-terror əməliyyatı zamanı məhv edilən yaraqlıların sayı 2018 nəfərə çatıb.
“Report” yerli NTV telekanalına istinadən xəbər verir ki, bu barədə Türkiyə ordusunun baş qərargahı məlumat yayıb.
PKK/KCK/PYD-YPG və İŞİD terror qruplaşmalarına qarşı hava və quru əməliyyatlarının davam etdirildiyi bildirilir.
Həmçinin qeyd olunur ki, Afrinin şimal-qərbindəki Şeyx Məhəmmədəli, Dudu, Semalık, Velikli, Kavanda kəndləri terrorçulardan təmizlənib.