Afrində 12 gündə 712 terrorçu məhv edilib

Afrində 12 gündə 712 terrorçu məhv edilib Terrorçu İŞİD və PKK qruplaşmalarının mövqeləri, təchizat yolları və silah-sursat anbarları kimi istifadə etdikləri 22 hədəf dağıdılıb
Region
31 Yanvar , 2018 11:30
Afrində 12 gündə 712 terrorçu məhv edilib

Bakı. 31 yanvar. REPORT.AZ/ Türkiyə ordusunun Suriyanın Afrin bölgəsində keçirdiyi “Zeytun budağı” əməliyyatı nəticəsində 712 terrorçu məhv edilib.

“Report” TRT-yə istinadən xəbər verir ki, məlumatı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.

Bildirilib ki, əməliyyat nəticəsində terrorçu İŞİD və PKK qruplaşmalarının mövqeləri, təchizat yolları və silah-sursat anbarları kimi istifadə etdikləri 22 hədəf məhv edilib. Əməliyyatın 12-ci günüdə isə 63 terrorçu zərərsizləşdirilib.

Qeyd edək ki, “Zeytin budağı” əməliyyatı yanvarın 20-də başlayıb.

Son xəbərlər

Orphus sistemi