​AEBA baş direktoru İrandan bütün mübahisəli suallara cavab verməsini istəyib

​AEBA baş direktoru İrandan bütün mübahisəli suallara cavab verməsini istəyib Yukiya Amano: "Bu proses sonsuzadək davam edə bilməz"
Region
2 Mart , 2015 15:06
​AEBA baş direktoru İrandan bütün mübahisəli suallara cavab verməsini istəyib

Bakı. 2 mart. REPORT.AZ/ Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) İrandan nüvə proqramı ilə bağlı bütün mübahisəli sualları cavablandırmağı sürətləndirməsini tələb edib.

"Report" "TASS"a istinadən xəbər verir ki, bu haqda AEBA-nın baş direktoru Yukiya Amano deyib.

"Məsələ ilə bağlı proses sonsuzadək davam edə bilməz", - agentliyin İdarə Heyətinin iclasında çıxış edən baş direktor vurğulayıb.

Xatırladaq ki, beynəlxalq ictimaiyyət İranın nüvə proqarmının hərbi məqsədli olub-olmamasını aydınlaşdırmaq məqsədilə rəsmi Tehrana suallar ünvanlayıb.

Son xəbərlər

Orphus sistemi