​AEBA-nın baş direktoru: "Atom obyektində təmir izləri var idi"

​AEBA-nın baş direktoru: "Atom obyektində təmir izləri var idi" AEBA-da aparılacaq yoxlama bir neçə həftə davam edəcək
Region
21 Sentyabr , 2015 16:06
​AEBA-nın baş direktoru: Atom obyektində təmir izləri var idi

Bakı. 21 sentyabr. REPORT.AZ/ Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) müfəttişləri ilk dəfə İranın Parçin rayonundakı nüvə oyektində olub və orada təmir işlərinin izlərini aşkarlayıblar.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu AEBA-nın baş direktoru Yukia Amano İrana səfərinin yekunlarına həsr etdiyi mətbuat konfransında bildirib.

"Əvvəllər agentliyin yalnız peyk vasitəsilə müşahidə etdiyi binada olduq. Bu yaxınlarda orada edilən təmirin izlərindən başqa heç bir avadanlıq görmədik", - baş direktor söyləyib.

Onun sözlərinə görə, Parçindən götürdükləri nümunələr yoxlanılmaq üçün Vyanaya aparılıb: "AEBA-da aparılacaq yoxlama bir neçə həftə davam edəcək".

Son xəbərlər

Orphus sistemi