Bakı. 17 sentyabr. REPORT.AZ/ Atom Enerji üzrə Beynəlxalq Agentliyinin (AEBA) nümayəndələri ilə İran rəsmiləri arasında Tehranda keçirilən məsləhətləşmələr yekunlaşıb. "Report"un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, iki gün davam edən danışıqların növbəti mərhələsi sentyabrın sonuna planlaşdırılır.
AEBA heyətinin rəhbəri Tero Varyoranta isə bildirib ki, İranın nüvə proqramı ilə bağlı bütün suallar oktyabrın 15-ə kimi öz həllini tapmalıdır.