​AEBA İranın atom proqramı üzrə yekun sənədi ilin sonunadək təqdim edəcək

​AEBA İranın atom proqramı üzrə yekun sənədi ilin sonunadək təqdim edəcək Sentyabrın 15-dən sonra AEBA və İran mütəxəssisləri texniki danışıqlar aparacaq
Region
27 Avqust , 2015 12:40
​AEBA İranın atom proqramı üzrə yekun sənədi ilin sonunadək təqdim edəcək

Bakı. 27 avqust. REPORT.AZ/ Atom Enerjisi üzrə Beynəlxaq Agentlik (AEBA) İranın atom proqramı ilə bağlı yekun sənədi dekabrın ortalarında təqdim edəcək.

"Report" "İnterfax"a istinadən xəbər verir ki, bunu AEBA-nın baş direktoru Yukio Amano Qazaxıstanın paytaxtı Astanda keçirdiyi mətbuat konfransında bildirib.

"Avqustun 15-də İran qalan suallara yazılı şəkildə cavab verməli idi və bunu edib. Hazırda biz İranın cavablarını öyrənir və suallar təqdim etməyə hazırlaşırıq. Bundan sonra sentyabrın ortalarından oktyabrın ortalarınadək bu prosesə qoşulacağıq. Oktyabrın ortalarından isə yekun dəyərləndirmə üçün sistemli təhlil aparacağıq. Yekun sənədin dekabrın 15-dək hazır olacağına əmink ", - o, söyləyib.

Sentyabrın 15-dən sonra AEBA və İran mütəxəssisləri texniki danışıqlar aparacaq, Tehranın nüvə proqramının hərbi xarakterlilik dərəcəsini dəyərləndirəcəklər.

Qeyd edək ki, bu il iyulun 14-də İranın atom proqramı ilə bağlı Tehranla "altılıq" (ABŞ, Almaniya, Britaniya, Fransa, Çin və Rusiya) dövlətləri arasında yekun razılıq sənədi imzalanıb. 

Son xəbərlər

Orphus sistemi