AEBA: İran Birgə Hərtərəfli Hərəkət Planına sadiqliyini bir daha təsdiqlədi

AEBA: İran Birgə Hərtərəfli Hərəkət Planına sadiqliyini bir daha təsdiqlədi Agentliyin nümayəndəsi: "AEBA ekspertləri İranın bütün nüvə obyektlərində hər gün nəzarət yoxlamaları keçirirlər"
Region
21 Oktyabr , 2017 11:44
AEBA: İran Birgə Hərtərəfli Hərəkət Planına sadiqliyini bir daha təsdiqlədi

Bakı. 21 oktyabr. REPORT.AZ/ "İran Birgə Hərtərəfli Hərəkət Planına (BHHP) sadiqliyini bir daha təsdiqlədi".

"Report" xarici KİV-lərə istinadən xəbər verir ki, bunu Atom Enerji üzrə Beynəlxalq Agentliyinin (AEBA) BHHP üzrə koordinatoru Kornel Feruta bildirib.

Onun sözlərinə görə, AEBA ekspertləri İranın bütün nüvə obyektlərində hər gün nəzarət yoxlamaları keçirirlər.

"İranda həyata keçirdiyimiz monitorinqlərin miqyası və əməkdaşlıq səviyyəsi yüksək səviyyədədir", - K.Feruta vurğulayıb.

Son xəbərlər

Orphus sistemi