Adanada qızlar məktəbi yataqxanasının yanmasına görə 6 nəfər tutulub

Adanada qızlar məktəbi yataqxanasının yanmasına görə 6 nəfər tutulub Ötən gecə baş verən yanğın nəticəsində 11 qız şagird və 1 müəllim ölüb, 22 nəfər isə xəsarət alıb
Region
30 Noyabr , 2016 14:00
Adanada qızlar məktəbi yataqxanasının yanmasına görə 6 nəfər tutulub

Bakı. 30 noyabr. REPORT.AZ/ Türkiyənin Adana vilayətinin Aladağ rayonunda yerləşən üçmərtəbəli qızların özəl internat məktəbinin yataqxanasında baş verən yanğınla bağlı 6 nəfər tutulub.

“Report” "Habertürk"ə istinadən xəbər verir ki, Adana şəhərinin prokuroru Əli Yeldan bildirib.

Prokurorun sanksiyası ilə yataqxananın müdiri, 3 tərbiyəçi-müəllim və 2 xidmətçi həbs edilb.

Qeyd edək ki, ötən gecə baş verən yanğın nəticəsində 11 qız şagird və 1 müəllim ölüb, 22 nəfər isə xəsarət alıb. 

Son xəbərlər

Orphus sistemi