2020-ci ildə Gürcüstanın Acarıstan Muxtar Respublikasının (MR) Ali Şurasına seçkilər proposional sistem üzə keçiriləcək.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, Ali Şura artıq MR-in konstitusiyasına müvafiq düzəlişlərin müzakirəsinə başlayıb.
Qanun layihəsinin hazırlanması üçün 11 nəfərdən ibarət komissiya yaradılacaq və ictimai debatlar təşkil olunacaq.
Ali Şuranın sədri Davit Qabaidze konstitusiyaya dəyişikliklərin ilin sonuna qədər edilməsi təklifini irəli sürüb.
Qeyd edək ki, bu ilin iyulunda Acarıstanın 8 müxalifət partiyası Ali Şuraya seçkilərin proporsional qaydada keçirilməsi üçün müraciət qəbul edib.
Hakim Gürcü Arzusu Partiyasının qərarı ilə 2020-ci ildə parlament seçkiləri proporsional sistem üzrə keçiriləcək.