Bakı. 14 aprel. REPORT.AZ/ “ABŞ və müttəfiqlərinin atdığı qanadlı raketlərdən heç biri Rusiya Hava Müdafiə Birliyinin cavabdehliyi altında olan Tartus və Hmeymimdə bazalara düşməyib”.
“Report” TASS-a istinadən xəbər verir ki, bu məlumatı Rusiyanın Müdafiə Nazirliyi yayıb.
“Suriyanın hərbi və mülki obyektlərinə yüzdən artıq qanadlı və “Hava -Yer” tipli raket buraxılıb”,- deyə Nazirlik bildirib.