​ABŞ dövlət katibi və İran XİN başçısı Nyu-Yorkda görüşəcək

​ABŞ dövlət katibi və İran XİN başçısı Nyu-Yorkda görüşəcək Onlar sonuncu dəfə aprelin 2-də İsveçrənin Lozanna şəhərində görüşüblər
Region
23 Aprel , 2015 13:46
​ABŞ dövlət katibi və İran XİN başçısı Nyu-Yorkda görüşəcək

Bakı. 23 aprel. REPORT.AZ/ ABŞ-ın dövlət katibi Con Kerri ilə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif aprelin 27-də Nyu-Yorkda görüşəcəklər. "Report" xəbər verir ki, bu haqda İran KİV-i məlumat yayıb.

Məlumatda qeyd olunub ki, iki ölkənin xarici siyasət idarələrinin rəhbərləri Nyu-Yorkda keçiriləcək BMT-də "Nüvə silahlarının yayılmasının qarşısının alınması" toplantısı çərçivəsində bir araya gələcəklər. 

Xatırladaq ki, C.Kerri və M.C.Zərif sonuncu dəfə aprelin 2-də İsveçrənin Lozanna şəhərində görüşüblər. 

Son xəbərlər

Orphus sistemi