​ABŞ və Britaniya bayrağı olan mallar Tehran mağazalarından yığışdırılır

​ABŞ və Britaniya bayrağı olan mallar Tehran mağazalarından yığışdırılır Tehranın polis rəisi: "Həmin mallar üzərində nəzarət təşkil etmişik və bu işlə məşğul olan şəxsləri saxlamışıq"
Region
2 Sentyabr , 2015 17:48
​ABŞ və Britaniya bayrağı olan mallar Tehran mağazalarından yığışdırılır

Bakı. 2 sentyabr. REPORT.AZ/ İran polisi üzərində ABŞ və Böyük Britaniya bayrağı olan paltarları və başqa malları dükanlardan yığışdırır.

"Report" İran KİV-inə istinadən xəbər verir ki, Tehran Polis İdarəsinin rəisi Hüseyn Sacediniya bildirib: "Satanist simvollar olan geyimlər paytaxt dükanlarından yığışdırılıb. Belə malları satan istənilən mağaza bağlanacaq. Bu sayaq qanunsuz fəaliyyət haqda məlumat son iki həftədə bizə çatıb. Ona görə də həmin mallar üzərində nəzarət təşkil etmişik və bu işlə məşğul olan şəxsləri saxlamışıq".

Xatırladaq ki, ötən gün İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı, briqada generalı Məhəmmədəli Cəfəri deyib ki, nüvə proqramı ilə bağlı razılaşma imzalanandan sonra "ABŞ-la düşmənçilik bitdi" düşüncəsi narahatedicidir.

Son xəbərlər

Orphus sistemi