Yuxarı

ABŞ və Böyük Britaniya hərbçiləri Gürcüstana təlimlərə gəlib

650 amerikalı və 150 britaniyalı hərbçiləri Tbilisiyə ABŞ HHQ-nin dörd təyyarəsi və Britaniyanın avialaynerində gəlib

Bakı. 9 may. REPORT.AZ/ ABŞ və Böyük Britaniyadan olan hərbçilər "Layiqli partnyor" (Noble Partner-2016) Gürcüstan-ABŞ hərbi təlimlərində iştirak etmək üçün bu gün Gürcüstana gəlib. 

"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər. 

650 amerikalı və 150 britaniyalı hərbçiləri Tbilisiyə ABŞ HHQ-nin dörd təyyarəsi və Britaniyanın avialaynerində gəlib.

Təlimlərdə 500 gürcü hərbçi, 650 ABŞ ordusunun Avropa komandanlığının hərçisi və 150 britaniyalı hərbçi iştirak edəcək. 

Sayca  ikinci olan "Layiqli partnyor" təlimləri mayın 11-26 Tbilisi yaxınlığındakı Vazianidə keçiriləcək. Ssenaridə sabitliyin bərqərar olunması, hücum və müdafiə kimi hərbi əməliyyatların keçirilməsi nəzərdə tutulub. Təlimlərin məqsədi NATO-nun çevik qüvvələrinə( NRF) daxil olan Gürcüstan bölüyünün döyüş hazırlığının artırılmasıdır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi