ABŞ Türkiyəyə satmaqdan imtina etdiyi silah və hərbi avadanlığı PKK-nın Suriyadakı qollarına verib - VİDEO - FOTO

ABŞ Türkiyəyə satmaqdan imtina etdiyi silah və hərbi avadanlığı PKK-nın Suriyadakı qollarına verib - VİDEO - FOTO ABŞ onlara 100 TIR silah-sursat göndərib
Region
24 May , 2017 10:02
ABŞ Türkiyəyə satmaqdan imtina etdiyi silah və hərbi avadanlığı PKK-nın Suriyadakı qollarına verib - VİDEO - FOTO
Haber7.com

Bakı. 24 may. REPORT.AZ/ ABŞ mayın 15-dən 20-dək terrorçu PKK qruplaşmasının Suriyadakı qolu “PYD”yə 100 TIR ağır silah göndərib.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, silah-sursat İraq-Suriya sərhədindən keçirilərək, Suriyanın Hasek şəhərində terrorçu PYD-yə təhvil verilib.

“PYD” və “YPG”-yə verilən silah və texnika arasında 80 və 120 mm-lik minaatan, “MK19” bombaatan, “M4” “Gabrine” və “M16” tipli avtomat silahlar, “Humwee” hərbi avtomobili, “Cougar” tipli Piyadaların Zirehli Maşınlar da var.

İnformasiyaya əsasən, ABŞ rəsmiləri həmin silahların terrorçu İŞİD qruplaşmasının nəzarətində olan Suriyanın Rakka şəhərinin azad edilməsində istifadə ediləcəyini bildirib. Rəsmi Vaşinqton iddia edir ki, terrorçu PKK-nın Suriyadakı qolları “YPG” və “PYD”dən taktiki olaraq, İŞİD-ə qarşı mübarizədə istifadə edəcək və sonradan silahları onlardan geri alacaq.

Məlumata görə, ABŞ PKK-nın qollarına verdiyi silahlardan Türkiyə Silahlı Qüvvələrində yoxdur. Bundan başqa çoxsaylı təkliflərinə baxmayaraq, ABŞ-ın Türkiyəyə satmadığı tankəleyhinə “FGM148 Javelin” raket qurğusu da terrorçulara verilib. 

Son xəbərlər

Orphus sistemi