Bakı. 17 dekabr. REPORT.AZ/ Birləşmiş Ştatların vitse-prezidenti Co Bayden Türkiyə hakimiyyətini qoşunlarını İraqdan çıxarmağa çağırıb.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə o, İraqın baş naziri Heydər əl-Abadi ilə söhbət zamanı bildirib.
Baydenin sözlərinə görə, Vaşinqton İraqın suverenliyinə hörmətlə yanaşır və Ankaranı da buna dəvət edir. Bayden və Əl-Abadi Ankaranın artıq qoşunları çıxarmağa başlaması fikri ilə razılaşıblar.
Türkiyənin baş naziri Əhməd Davudoğlu ölkəsinin öz hərbçilərini qonşu ölkə ərazisindən çıxarmayacağını bəyan etmişdi.
Dekabrın əvvəlində Ankara İraqın şimalına qoşun yeridib.