ABŞ Türkiyəni iqtisadi sanksiyalarla hədələyir

ABŞ Türkiyəni iqtisadi sanksiyalarla hədələyir Bakı. 26 iyul. REPORT.AZ/ Əgər rahib Endryu Bransonun azad olunması üçün tədbirlər görülməsə Türkiyəyə qarşı iqtisadi sanksiyalar tətbiq oluna bilər.
Region
26 İyul , 2018 20:08
ABŞ Türkiyəni iqtisadi sanksiyalarla hədələyir
REUTERS / JONATHAN ERNST

Bakı. 26 iyul. REPORT.AZ/ "Əgər rahib Endryu Bransonun azad olunması üçün tədbirlər görülməsə Türkiyəyə qarşı iqtisadi sanksiyalar tətbiq oluna bilər".

"Report" RİA "Novosti"yə istinadla xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Mayk Pens bildirib.

O, bu gün dini azadlıqlar mövzusunda Vaşinqtonda keçirilən konfransda deyib: "Əgər Türkiyə bu günahsız iman adamını dərhal azad edərək evinə göndərməsə, Amerika Birləşmiş Ştatları Türkiyəyə qarşı sərt iqtisadi sanksiyalar tətbiq edəcək. Prezident Tramp və mən rahibin ABŞ-a qayıdanadək azad olunması üçün çalışacağıq. O həbsxanada deyil, amma azadlıqda da deyil".

Qeyd edək ki, 20 ildən çoxdur İzmirdə yaşayan amerikalı rahib E.Branson 2016-cı ildə dövlət çevrilişinə cəhd zamanı FETÖ hərəkatına yardım etməkdə və PKK-ya dəstək verməkdə ittiham olunaraq həbs edilib.

Son xəbərlər

Orphus sistemi