​ABŞ Türkiyə Suriya sərhədində mobil raket sistemi yerləşdirəcək

​ABŞ Türkiyə Suriya sərhədində mobil raket sistemi yerləşdirəcək Mövlud Çavuşoğlu: "ABŞ-la cari ilin mayında həmin qurğunun Türkiyə-Suriya sərhədində yerləşdirmək haqda razılıq əldə etmişik"
Region
26 Aprel , 2016 11:36
​ABŞ Türkiyə Suriya sərhədində mobil raket sistemi yerləşdirəcək

Bakı. 26 aprel. REPORT.AZ/ Cari ilin mayında ABŞ Türkiyə-Suriya sərhədində odsaçan mobil raket sistemi ("HİMARS"- "High Mobility Artillery Rocket System") yerləşdirəcək.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Birləşmiş Ərəb Əmirliyində səfərdə jurnalistlərə müsahibəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

"Əsas hədəfimiz Suriyanın şimalında, Menbiç bölgəsində 98 km-lik ərazini terrorçu İŞİD qruplaşmasından təmizləməkdir. Bizim artilleriya 40 km, "HİMARS" isə 90 kilometr uzaqlıqdakı hədəfi vura bilir. ABŞ-la cari ilin mayında həmin qurğunun Türkiyə-Suriya sərhədində yerləşdirmək haqda razılıq əldə etmişik", - M.Çavuşoğlu deyib. 

Son xəbərlər

Orphus sistemi