​ABŞ Türkiyə ilə İŞİD-ə qarşı birgə hava əməliyyatlarının detallarını razılaşdırıb

​ABŞ Türkiyə ilə İŞİD-ə qarşı birgə hava əməliyyatlarının detallarını razılaşdırıb Türkiyə yaxın vaxtlarda kampaniyaya qoşulacaq
Region
25 Avqust , 2015 23:24
​ABŞ Türkiyə ilə İŞİD-ə qarşı birgə hava əməliyyatlarının detallarını razılaşdırıb

Bakı. 25 Avqust. REPORT.AZ/ Vaşinqton və Ankara Türkiyənin "İraq-Şam İslam Dövləti" (İŞİD) terror qruplaşmasına qarşı əməliyyatlarda iştirakının zəruri texniki detallarını razılaşdırıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə brifinq zamanı Pentaqonun mətbuat katibi Piter Kuk məlumat verib.

“ABŞ və Türkiyə ikincinin tam olaraq koalisiyanın əməliyyatlarına qoşulması üçün texniki detalların razılaşdırılmasını başa çatdırıb”, – deyə Kuk qeyd edib.

O bildirib ki, Türkiyə yaxın vaxtlarda terrorçuların mövqelərinə havadan zərbələrin endirilməsi üzrə kampaniyaya qoşulacaq.

Son xəbərlər

Orphus sistemi