ABŞ təyyarəsi Kerç boğazında kəşfiyyat aparıb

ABŞ təyyarəsi Kerç boğazında kəşfiyyat aparıb Bakı. 28 noyabr. REPORT.AZ/ ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus olan və sualtı qayıqların axtarışı və məhvi üçün nəzərdə tutulan Boeing P-8A Poseidon təyyarəsi Kerç boğazı və Krım yarımadasında kəşfiyyat xarakterli uçuş həyata keçirib.
Region
28 Noyabr , 2018 09:55
ABŞ təyyarəsi Kerç boğazında kəşfiyyat aparıb
RİA
0 : 00
0 : 00

Bakı. 28 noyabr. REPORT.AZ/ ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus olan və sualtı qayıqların axtarışı və məhvi üçün nəzərdə tutulan "Boeing P-8A Poseidon" təyyarəsi Kerç boğazı və Krım yarımadasında kəşfiyyat xarakterli uçuş həyata keçirib.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən məlumat verir.

Bildirilir ki, təyyarə yarımadanın sahil xəttinə 31 kilometr məsafədə yaxınlaşıb.

"PlaneRadar" portalının məlumatına görə, daha əvvəl ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "RQ-4A Global Hawk" strateji pilotsuz uçan aparat regionda kəşfiyyat xarakterli uçuş reallaşdırıb.

Qeyd edək ki, noyabrın 25-də Azov dənizində Rusiya gəmisinin Ukrayna gəmisini atəşə tutması nəticəsində 6 ukraynalı dənizçi yaralanıb.

Son xəbərlər

Orphus sistemi