ABŞ hərbçilərini Suriyanın Menbic şəhərindən çıxarıb

ABŞ hərbçilərini Suriyanın Menbic şəhərindən çıxarıb ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələri Suriyanın Menbic şəhərindən çıxıb.
Region
15 Oktyabr , 2019 16:41
ABŞ hərbçilərini Suriyanın Menbic şəhərindən çıxarıb

ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələri Suriyanın Menbic şəhərindən çıxıb.

“Report” xəbər verir ki, məlumatı Türkiyə KİV-i yayıb.

Qeyd edək ki, Türkiyə ABŞ-dan Menbicdəki hərbçilərini və dəstəklədiyi terrorçu PKK/YPG-PYD qruplaşmasını çıxarmasını istəyirdi.

Türkiyə Menbicdə antiterror əməliyyatına başlayacaq.

Rusiya Müdafiə Nazirliyindən bildirilib ki, rusiyalı hərbçilər Menbic bölgəsində Türkiyə ordusu ilə koordinasiya edilmiş halda hərəkət edirlər. 

Menbicə isə bütünlükdə Bəşşar Əsədə bağlı hərbçilərin nəzarət etdiyi bildirilir.

Menbic Türkiyə sərhədindən 40 km aralıda yerləşir.

Son xəbərlər

Orphus sistemi