Yuxarı
    Bağlamaq

    ABŞ Senatının Təxsisatlar Komitəsi Ermənistana 24 milyon dollar həcmində yardım göstərilməsini təsdiq edib

    Qanun layihəsi, həmçinin Ermənistanda sığınacaq tapan suriyalı qaçqınlara yardımı da nəzərdə tutur

    Bakı. 13 iyul. REPORT.AZ/ ABŞ Nümayəndələr Palatasının Təxsisatlar Komitəsi dövlət proqramı, xarici əməliyyatlar və əlaqəli proqramlar üzrə 2017-ci maliyyə ili üçün qanun layihəsini təsdiq edib.

    "Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, qanun layihəsi Ermənistana maliyyə yardımı təmin edilməsini də nəzərdə tutur.

    Sənədə əsasən, senat Ermənistana 24,1 milyon dollar məbləğində qeyri-hərbi yardım göstərilməsini təsdiq edib.

    Ermənistan KİV-nin məlumatına görə, qanun layihəsi, həmçinin Ermənistanda sığınacaq tapan suriyalı qaçqınlara yardımı da nəzərdə tutur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi