Yuxarı
    Bağlamaq

    ​ABŞ Senatının Komitəsi separatçı Dağlıq Qarabağ rejiminə yenidən maliyyə yardımı ayrılmasını təsdiqləyib

    ABŞ Senatının Təxsisatlar Komitəsi 2016-cı maliyyə ili üçün xarici yardım layihəsini təsdiq edib

    Bakı. 10 iyul. REPORT.AZ/ ABŞ Senatının Təsisatlar Komitəsi 2016-cı maliyyə ili üçün xarici yardım layihəsini təsdiq edib.

    "Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, 2016-ci ildə ABŞ Azərbaycan və Ermənistana xarici hərbi maliyyələşdirmə xətti ilə 1,7 mln dollar həcmində hərbi yardım edəcək. Bundan əlavə, 600 min dollar isə Beynəlxalq hərbi təhsil-təlim xətti ilə ayrılacağı gözlənilir.

    Qeyri-hərbi yardım qismində Azərbaycana 8,8 milyon ABŞ dolları, Gürcüstana 54 milyon, Ermənistana isə 20,1 milyon dollar ayrılması planlaşdırılır.

    Senat, həmçinin Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazisi olan Dağlıq Qarabağa da əvvəlki illərdəki həcmdə yardım ayrılmasını tövsiyə edib.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi