ABŞ səkkiz Rusiya şirkətinə qarşı sanksiya tətbiq edib

ABŞ səkkiz Rusiya şirkətinə qarşı sanksiya tətbiq edib ​ABŞ səkkiz Rusiya şirkətinə qarşı sanksiya tətbiq edib
Region
25 Mart , 2017 22:51
ABŞ səkkiz Rusiya şirkətinə qarşı sanksiya tətbiq edib

Bakı. 25 mart. REPORT.AZ/ ABŞ Suriya, İran və Şimali Koreya ilə bağlı kütləvi qırğın silahlarının yayılmamasına dair Amerika qanunları ilə əlaqədar 8 Rusiya şirkətinə qarşı sanksiya tətbiq edib.

“Report” xəbər verir ki, bu barədə Dövlət Departamenti nümayəndəsinə istinadən RİA “Novosti” məlumat yayıb.

Məlumata görə, tətbiq edilən sanksiyalar sözügedən qanunvericiliyin tələbinə uyğun olaraq fəaliyyətin mütəmadi olaraq aparılan qiymətləndirməsinin nəticəsi olub.

O, həmçinin qeyd edib ki, bu sanksiyalar Krımın Rusiyaya birləşdirilməsi ilə bağlı deyil.

Yeni siyahıya "Rosboroneksport", "Aviaeksport" Birliyi, "Maşınqayırma Konstruktor Bürosu" və "Bazalt" QHT, marşal Buqayev adına Ulyanovsk Mülki Aviasiya İnstitutu, Ural Mülki Aviasiya Təlim Mərkəzi, Jukov və Qaqarin adına Hərbi-Hava Akademiyası, 150-ci Aviasiya-təmir zavodu daxil edilib.

Sanksiyalar martın 21-də tətbiq edilsə də, martın 24-də elan edilib.

Son xəbərlər

Orphus sistemi