ABŞ səfirliyinin müvəqqəti işlər vəkili Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb

ABŞ səfirliyinin müvəqqəti işlər vəkili Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb Görüşdə Suriya məsələsinin əsas müzakirə obyekti olduğu bildirilir
Region
10 Yanvar , 2018 20:41
ABŞ səfirliyinin müvəqqəti işlər vəkili Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb

Bakı. 10 yanvar. REPORT.AZ/ ABŞ-ın Türkiyədəki səfirliyinin müvəqqəti işlər vəkili Filip Kosnet bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. 

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, görüşdə Suriya məsələsinin əsas müzakirə obyekti olduğu bildirilir. 

Qeyd edək ki, Rusiya səfiri Aleksey Yerxov dünən, İran səfiri Muhammed İbrahim Taherian Fard isə eyni məsələ ilə bağlı bu gün Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

Son xəbərlər

Orphus sistemi