ABŞ səfirliyi Ermənistanda viza saxtakarlığı sisteminin sxemini açıqlayıb

ABŞ səfirliyi Ermənistanda viza saxtakarlığı sisteminin sxemini açıqlayıb Bakı. 1 mart. REPORT.AZ/ ABŞ-ın Yerevandakı səfirliyi Ermənistan vətəndaşlarının bu ölkəyə viza almaq üçün etdikləri dələduzluq sisteminin sxemini açıqlayıb.
Region
1 Mart , 2018 19:49
ABŞ səfirliyi Ermənistanda viza saxtakarlığı sisteminin sxemini açıqlayıb

Bakı. 1 mart. REPORT.AZ/ ABŞ-ın Yerevandakı səfirliyi Ermənistan vətəndaşlarının bu ölkəyə viza almaq üçün etdikləri dələduzluq sisteminin sxemini açıqlayıb.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, səfirliyin məlumatına əsasən, ABŞ vətəndaşı Stele Boyacyana və Ermənistan vətəndaşları - Diana Qriqroyan və Qraç Atoyana qarşı viza ilə bağlı dələduzluq ittihamı irəli sürülüb.

İttihama görə, onlar rüşvətlə Ermənistandan vətəndaşların qanunsuz yolla ABŞ-a çıxışını təşkil edirmişlər. Onlarda nadir hallarda verilən “R-3” tipli viza olub.

“Bu tip viza, adətən, Ermənistanın mədəni irsini ABŞ-da təqdim etmək üçün erməni sənətşünaslarına, mədəniyyət xadimlərinə, musiqiçilərinə və ifaçılarına verilir”, - deyə səfirlikdən bildirilib.

Onlar müraciət edənləri müsabiqə zamanı veriləcək suallara hansı cavabı verməklə bağlı təlimatlandırır, özlərini incəsənət adamı kimi təqdim etmələrini deyirmişlər. İttiham olunanlar Ermənistan vətəndaşlarını ABŞ-a mədəniyyət və incəsənət xadimi kimi aparırmışlar.

Stele Boyacyan və Qraç Atoyan mühakimə olunacaq Diana Qriqroyan barəsində isə axtarış elan edilib. 

Son xəbərlər

Orphus sistemi