Yuxarı
    Bağlamaq

    ​ABŞ səfirliyi Ermənistan polisini qara siyahıya daxil edib

    Onlar iyulun 17-də Yerevanda keçirilən etiraz aksiyasını güc tətbiq etməklə dağıtmaqda günahlandırılırlar

    Bakı. 11 avqust. REPORT.AZ/ Ermənistan polisləri ABŞ-ın Yerevandakı səfirliyinin qara siyahısına düşüblər.

    "Report" "Qraparak" qəzetinə istinadən xəbər verir ki, onlar iyulun 17-də Yerevanda keçirilən etiraz aksiyasını güc tətbiq etməklə dağıtmaqda günahlandırılırlar. 

    Məlumata əsasən, həmin gün polis etiraz aksiyasının 165 iştirakçısını saxlayıb, mitinqə qatılan 73 nəfər isə polisin güc tətbiqi nəticəsində aldıqları müxtəlif xəsarətlərlə bağlı tibb müəssisələrinə müraciət ediblər.

    Xəbərdə bildirilib ki, mitinq dağıdılan zaman jurnalistlər də xəsarət alıblar.

    Qeyd edək ki, iyulun 17-də bir qrup silahlı şəxs Yerevanda polis alayının binasını ələ keçirmişdi. Bundan sonra binanı ələ keçirmiş silahlı şəxslərə dəstək aksiyası bir neçə gün davam edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi