​ABŞ Rusiya şirkətlərinə qarşı yeni qadağalar tətbiq edib

​ABŞ Rusiya şirkətlərinə qarşı yeni qadağalar tətbiq edib Onlar "yayılmama" haqqında qanuna zidd fəaliyyətdə şübhəli bilinirlər
Region
2 Sentyabr , 2015 07:02
​ABŞ Rusiya şirkətlərinə qarşı yeni qadağalar tətbiq edib

Bakı. 2 sentyabr. REPORT.AZ/ Birləşmiş Ştatlar Rusiya şirkətlərinə qarşı yeni qadağalar tətbiq etmək qərarına gəlib.

"Report" xəbər verir ki, onlar Amerikanın İran, Şimali Koreya və Suriyaya qarşı çıxardığı "yayılmama" haqqında qanununa zidd fəaliyyətdə şübhəli bilinirlər.

Siyahı "Federal Register" nəşrinin saytında yer alıb. Cəza tədbirləri altına Tulanın "Cihazqayırma konstruktor bürosu" ASC, "Rosoboroneksport" şirkəti, "MİQ" təyyarəqayırma korporasiyası və digər şirkətlər düşüblər.

"Yayılmama" haqqında qanun 15 il əvvəl İrana qarşı tətbiq edilib. Daha sonra bu siyahıya Suriya və Şimali Koreya da əlavə olunub.

Son xəbərlər

Orphus sistemi