ABŞ Rusiya ilə böyük hərbi sazişlər bağlayan ölkələri sanksiyalarla hədələyib

ABŞ Rusiya ilə böyük hərbi sazişlər bağlayan ölkələri sanksiyalarla hədələyib Amerika Moskvanın 3 mlrd. dollar məbləğində müxtəlif sövdələşmələr imzalamasının qarşısını alıb
Region
22 Fevral , 2018 04:44
ABŞ Rusiya ilə böyük hərbi sazişlər bağlayan ölkələri sanksiyalarla hədələyib

Bakı. 22 fevral. REPORT.AZ/ Birləşmiş Ştatlar digər ölkələrin hökumətlərinə Rusiya silahlı qüvvələri ilə hərbi sahədə böyük sövdələşmələr bağlayacaqları təqdirdə onlara qarşı sanksiyaların tətbiq oluna biləcəyi barədə xəbərdarlıq edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü Vaşinqton administrasiyasının yüksək vəzifəli nümayəndələrinə istinadən "Franc-Press" məlumat yayıb.

Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Hizer Noyertin sözlərinə görə, Amerika administrasiyası hesab edir ki, Rusiya, İran və Çinə qarşı sanksiyaların sərtləşdirilməsi barədə yeni qanunun tətbiqi sayəsində Moskvanın xarici kontragentlərlə 3 milyard dollardan çox məbləğdə müxtəlif sövdələşmələr imzalamasının qarşısını almaq mümkün olub.

Son xəbərlər

Orphus sistemi