Yuxarı
    Bağlamaq

    ABŞ rəsmisi: "Bəşşar Əsədin legitimliyini itirməsi ilə bağlı mövqeyimiz dəyişməyib"​

    Dövlət Departamenti sözçüsü Suriya ilə bağlı əsas məsələni etiraf edib

    Bakı. 21 oktyabr. REPORT.AZ/ "Suriyada keçid dövrü siyasətinin təmin edilməsi üçün çoxlu səy göstəririk. Ancaq bu məsələdə seçiləcək varinat hələ ki, məlum deyil ".

    "Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi gündəlik mətbuat konfransında bildirib.

    "Türkiyə "Bəşşar Əsədlə birlikdə həyata keçiriləcək keçid siyasətini qəbul etdimi" sualına cavabda amerikalı diplomat deyib: "Bəşşar Əsədin legitimliyini itirməsi ilə bağlı mövqeyimiz dəyişməyib. Suriyada xalqın tələblərini ödəyəcək, Əsədi öz sırasına buraxmayacaq hökumətə ehtiyacı var".

    "Türkiyə rəsmiləri ilə Suriyada keçid dövrü siyasəti haqda bir qaralama layihəni razılaşdığınızı deyirlər. Bir qaralama layihə varmı" sualına cavabda isə Con Kirbi deyib: "Diplomatik görüşlər mövzusundan danışmayacağam. Sizə bir şey söyləyə bilərəm - keçid siyasətinin yolları və üsulları hələ ki, müəyyən edilməyib".

    Qeyd edək ki, ABŞ dövlət katibinin Avropa və Avrasiya əlaqələri üzrə köməkçisi Viktoriya Nuland Türkiyədə səfərdədir. O, Türkiyənin Xarici İşlər Nazirliyində görüşlər keçirir. Amerikalı diplomatın  "Suriyaya müdaxiləsinə görə, Rusiyaya qarşı nə edilə bilər?" mövzusunu da müzakirə edəcəyi ehtimal olunur. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi