Yuxarı

ABŞ-ın vitse-prezidenti Türkiyəyə səfər edəcək

Cozef Bayden Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Əhməd Davudoğlu ilə görüşəcək

Bakı. 12 yanvar. REPORT.AZ/ ABŞ-ın vitse-prezidenti Cozef Bayden yanvarın 23-də Türkiyəyə səfər edəcək.

"Report" xəbər verir ki, bu haqda xarici KİV məlumat yayıb.

Məlumata görə, C.Bayden səfər çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Əhməd Davudoğlu ilə görüşəcək.

Görüş zamanı terrorçu İŞİD qruplaşmasına qarşı mübarizə, İraqdakı Türkiyə əsgərlərinin fəaliyyəti və digər məsələlərin müzakirə ediləcəyi gözlənilir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi